Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ən böyük spam-botnet "məhv" edildi


İnformasiyanın mühafizəsi üçün həllər hazırlayan "Symantec" korporasiyasının ekspertləri "Grum" botnetinin "məhv" edilməsi haqqında məlumat verib. Mütəxəssislərin fikrinə görə, dünyada arzuolunmaz reklamın təxminən 33 faizi "Grum" botneti vasitəsilə göndərilirmiş.

“ICTnews.az” elektron xəbər xidməti “rg.ru” saytına istinadən bildirir ki, "Spamhaus", "FireEye" və informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən digər şirkətlər botnetlə mübarizə aparıblar.

"Symantec" şirkətindən verilən məlumata görə, virusa yoluxdurulmuş kompyuter şəbəkəsi fəaliyyətini iyulun 19-da dayandırıb.





 
EMİL





04/08/12    Çap et