Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yeni "Galaxy Note" smartfonu avqustda təqdim ediləcək
"Samsung" şirkəti "Galaxy Note" smartfonunun yeni versiyasını avqustun 29-da keçiriləcək tədbirdə təqdim edəcək.
“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru" saytına istinadən bildirir ki, "Samsung" qurğunun xüsusiyyətləri haqqında vaxtından əvvəl məlumat verməyib.
Məlumat üçün bildirək ki, şirkət "Galaxy Note" smartfonunun birinci versiyasını 2011-ci il sentyabrın 1-də elan etmişdi. 2012-ci il iyunun 1-nə olan məlumata görə, şirkət 7 milyon aparat tədarük edib.
EMİL
04/08/12 Çap et