Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2012-ci ilin sonunadək LTE şəbəkədən təxminən 50 milyon insan istifadə edəcək


 “Parks Associates” analitik şirkətinin proqnozuna əsasən, 2012-ci ildə dördüncü nəsil şəbəkələrinin abonent bazası 50 milyon abunəçi təşkil etməlidir. Müqayisə üçün qeyd edək ki, 2011-ci ildə bu göstərici 9 milyona bərabər olmuşdu.

2012-ci ildə Asiya-Sakit okean regionunda LTE şəbəkə abunəçilərinin sayı 3 dəfə artacaq.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, 2016-cı ildə LTE abunəçilərin sayı 560 milyonu ötəcək. 2012-ci ilin iyununa olan nəticəyə görə, “LTE” şəbəkələrində 43 ölkədən 83 operator işləyib, ilin sonunadək təxminən 40 operator da fəaliyyət göstərəcək.

Hazırda Amerikanın “Verizon” operatoru ən böyük “LTE” abunəçi bazasına malikdir. Sonrakı yerlərdə Cənubi Koreyanın “SK Telecom” və Yaponiyanın “NTT Docomo” operatorları qərarlaşıb.

EMİL




06/08/12    Çap et