Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Astarada keçən illə müqayisədə daha çox rabitə xidməti göstərilib
Astara Rayon Telekommunikasiya Qovşağından verilən məlumata görə, rayonda geniş şəbəkəyə malik olan mobil telefon abunəçilərinin sayı əhalinin hər min nəfərinə 2010-cu ildəki 681 abunəçiyə qarşı 2011-ci ildə 684 abunəçi təşkil edir.
İnformasiya və rabitə sektorunda 2012-ci ilin birinci yarısında təsərrüfat subyektlərinə və əhaliyə 255,4 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 7,1 faiz çox rabitə xidməti göstərilib.
06/08/12 Çap et