Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Qoyunlar çobanı “SMS” vasitəsilə köməyə çağıracaq
İsveçrəli bioloqlar çobanı canavarların hücumu haqqında xəbərdarlıq edəcək sistemi sınaqdan keçirməyə başlayıb. Bunun üçün qoyunlara birləşdirilmiş simsiz datçiklərdən istifadə ediləcək. Qurğunun 2012-ci ilin payızında işıq üzü görəcəyi gözlənilir.
“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, sistemin fəaliyyət mexanizmi sadədir: bioloqların sözlərinə görə, canavarların hücumu zamanı qoyunların ürək döyüntülərinin tezliyi 60-80-dən 225-ə qədər artır. Ürək döyüntüsünün artmasını qeyd edən qurğu çobana “SMS” göndərəcək.
Qoyunların müdafiəsi proqramına Fransa və İsveçrə sərhədində yerləşən çəmənlərdə otlayan sürülər daxildir. Məhz bu ərazidə yüzillik fasilədən sonra canavarların qayıdışı qeydə alınıb və onlar yerli təsərrüfata xeyli ziyan vura bilərlər.
EMİL
06/08/12 Çap et