Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Jurnalistlə bağlı qalmaqal “Twitter” istifadəçilərinin sayını artırıb
“NBC” telekanalını tənqid etmiş jurnalist Qay Adamsın mikrobloqunun bloklanması ilə bağlı yaranmış qalmaqala görə, “Twitter”-də yeni istifadəçilərin qeydiyyat sayı artıb.
“ICTnews.az” elektron xəbər xidməti bildirir ki, Qay Adams iyulun sonunda öz səhifəsində ABŞ-da Olimpiadanı canlı yayımda göstərməyən “NBC” telekanalının siyasətini tənqid edən onlarla mesaj dərc etmişdi. Jurnalist dərc etdiyi tvitlərdən birində “NBC Olympics” bölməsinin direktoru Qari Zenkelin elektron poçt ünvanını qeyd edib.
Adamsın mikrobloqu məhz buna görə bloklanıb. “Twitter”-dən verilən məlumata görə, jurnalist şəxsi məlumatların dərc edilməsi ilə bağlı qadağanı pozub.“Twitter” bir qədər sonra Adamsdan üzr istəyib və hesabını ona geri qaytarıb.
EMİL
06/08/12 Çap et