Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Bakcell”dən uşaq evinə sürətli internet hədiyyə
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti AMCHAM-la (Amerika-Azərbaycan Ticarət Palatası) birlikdə “Ümid Yeri” uşaq evinə hədiyyə olaraq pulsuz yüksəksürətli internet təmin edən on (10) “Sür@” data kartı bağışlayıb. Bu barədə şirkətdən verilən məlumatda bildirilir.
Məlumatda qeyd edilir ki, Amerika-Azərbaycan Ticarət Palatası İKT (informasiya və kommunikasiya texnologiyaları) departamentinin təşəbbüsünün tərkib hissəsi kimi uşaq evini kompyuter avadanlığı kompleksi, baza stansiyası və kabel televiziyası ilə təchiz edəcək. Ehtiyacı olan uşaqlara təməl kompyuter biliklərinin aşılanması üçün təlimlərin keçirilməsi də gözlənilir.
Bu layihə çərçivəsində “Bakcell”, “Microsoft”, “Rapid Solutions”, “PwC”, “Connect” və “Azərbaycanın Uşaqları” hərəkatının nümayəndələri bu yaxınlarda “Ümid Yeri” uşaq evinə səfər ediblər. “Bakcell” özünün Korporativ Sosial Məsuliyyət proqramı vasitəsilə “Ümid Yeri” uşaq evinə göstərilən müsbət töhfələrə görə böyük fərəh hissi duyur.
“Bakcell” bütün uşaqların özlərini cəmiyyətin bərabərhüquqlu üzvləri kimi hiss etməsinin təmin edilməsində əhəmiyyətli rol oynadığına inanır. Şirkətin Korporativ Sosial Məsuliyyət (KSM) proqramı olan “Bakcell Stars” 2009-cu ildən həyata keçirilməyə başlayıb və olduqca sadə və səmimi bir missiyanı yerinə yetirir: xüsusi qayğıya ehtiyacı olan uşaqlara yardım edir.
Öz KSM siyasəti vasitəsilə “Bakcell” bütün Azərbaycanda fiziki və əqli qüsurlu uşaqlar və onların ailələri üçün ümid yeri olub. Bu missiya çərçivəsində şirkət “Uşaqların Xilası”, “SOS Uşaq Kəndləri”, “Azərbaycana Birgə Yardım” və “Sosial Xidmət Təşəbbüsləri” kimi bütün dünyada xüsusi qayğıya ehtiyacı olan uşaqlara yönəlmiş uğurlu layihələri ilə tanınan təşkilatlarla əməkdaşlıq edir.
RƏVAN
06/08/12 Çap et