Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İran məmurları internetsiz qalacaq


Daimi kibertəhlükələr İran hökumətini mühüm obyektlərin şəbəkə təhlükəsizliyinin təmini üçün qətiyyətli addımlar atmağa vadar edib. Yayılmış informasiyaya görə, 2012-ci ilin sentyabrından bütün nazirliklər və ölkənin digər dövlət idarələri birbaşa haker hücumlarından qorunmaq, virus və digər ziyanverici proqram təminatının yayılmasının qarşısını almaq üçün internetdən ayrılacaqlar.

“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən  bildirir ki, İranın informasiya-rabitə texnologiyaları naziri Reza Taqipur belə təşəbbüslə çıxış edib. Onun fikrinə görə, internet  ona dövlət sirlərini etibar etmək üçün o qədər təhlükəsiz məkan deyil. İranda 1.5 ildən sonra qlobal şəbəkə əvəzinə dövlət qulluqçuları üçün şəxsi "daxili" milli şəbəkə istifadəyə verilməlidir.





 
EMİL





06/08/12    Çap et