Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

MTRŞ monitorinqlərə başlayıb


Milli Televiziya və Radio Şurası (MTRŞ) Elektron Mediyanın İnkişafına Yardım Fondu ilə birlikdə «Azərbaycan teleməkanında ədəbi dilin qorunması» adlı layihə çərçivəsində monitorinqlərə başlayıb. Bu barədə Şuradan məlumat  verilib.

Monitorinqlərə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun gənc mütəxəssisləri də cəlb olunub. Monitorinqlər zamanı əsasən şou xarakterli verilişlərdə aparıcıların ədəbi dil qaydalarına əməl etmələri, eləcə də teleməkanda ədəbi dil normalarına hansı şəkildə əməl olunduğu diqqətdə saxlanılacaq. Monitorinqlərin nəticələri mütəxəssislərlə birgə müzakirə olunacaq.  





07/08/12    Çap et