Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

RİTN-ə vakant yer üçün müsabiqə elan olunub


Azərbaycanda dövlət qulluğunda 700 vakant yer üçün müsabiqə elan olunub. “ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan məlumat verilib.

Məlumatda bildirilir ki, müsabiqə 64 dövlət orqanındakı 578 vakant vəzifənin tutulması üçün elan olunub. Müsabiqəyə çıxarılan vakant vəzifələr rayon, şəhər məhkəmələrində, Səhiyyə, Təhsil, Mədəniyyət və Turizm, Gənclər və İdman, Maliyyə, Rabitə və İnformasiya Texnologiyaları, Kənd Təsərrüfatı, Sənaye və Energetika nazirliklərində, Dövlət komitələri və komissiyalarında, agentliklərdədir.

Müsabiqədə iştirak etmək üçün vətəndaşlar müvafiq ərizə formasını avqustun 7-dən sentyabrın 6-dək komissiyaya təqdim etməlidirlər. Müraciət forması elektron, şəxsən (bazar ertəsi - cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək) və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.



SEYMUR
 




07/08/12    Çap et