Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Magistraturaya boş qalan yerlər üçün TQDK-nın yeni virtual ödəmə kartı alınmalıdır


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul aparır. Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün 13 avqust saat 9:00-dək TQDK-nın internet saytının mü­­va­fiq səhifəsinə (tqdk.gov.az/erizemagistr) daxil olub, seçdiyi ixtisaslaşmaların kodlarını "Bakalavrın elektron ərizəsi"ndə qeyd edib təsdiqləyirlər.

Ərizəni təsdiq etmək üçün bakalavrlar TQDK-nın yeni virtual ödəmə kartını almalı və ixtisaslaşma seçimini təsdiq etmək üçün həmin kartın şifrindən istifadə etməlidirlər. "ICTnews" elektron xəbər xidmətinə bu barədə komissiyanın mətbuat xidmətindən məlumat verilib.

TQDK-dan qeyd edilib ki, boş qalan plan yerləri olan ixtisaslaşmaların siyahısı "Magistr" jurnalının 6-cı sayında dərc olunub. Hər bir bakalavr bu siyahıdan imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq 20-dək ixtisaslaşma kodunu seçə bilər.  

Bakalavr ixtisaslaşma kodlarının sayını və ardıcıllığını istədiyi kimi seçib ərizəsində göstərir. Se­çilmiş ixtisaslaşmaların ərizə for­ma­sında göstərilən ardı­cıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keç­diyi ixtisaslaşmaların bi­rin­cisinə yer­ləş­dirilir. 
 
HƏQİQƏT





07/08/12    Çap et