Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
RIM” şirkəti yanvarda yeni nəsil smartfonlar təqdim edəcək
“RIM”-in icraçı direktoru Torsten Heyns “BlackBerry 10” proqram platforması ilə işləyəcək yeni nəsil smartfonların 2013-cü ilin yanvarında təqdim ediləcəyini bəyan edib.
“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, bundan əvvəl şirkətin yeni smartfonları sentyabrda təqdim edəcəyi gözlənilirdi. Lakin şirkət iyunun sonunda dərc etdiyi mənfi maliyyə hesabatına əsasən qurğunu nəzərdə tutulmuş müddətədək hazırlaya bilməyəcəklərini etiraf edib. Nəticədə “BlackBerry 10” platforması ilə işləyəcək smartfonların elan tarixi 2013-cü ilin birinci rübünə keçirilib.
Məlumat üçün bildirək ki, “RIM” şirkətinin vəziyyəti heç də yaxşı deyil: ötən maliyyə rübündə 7.8 milyon “BlackBerry” smartfonu və təxminən 260 min “BlackBerry Playbook” planşet kompyuteri tədarük edilib. Müqayisə üçün: 1 il əvvəl satışların həcmi müvafiq olaraq 13.2 milyon və 500 min ədəd təşkil etmişdi. “RIM” şirkəti 5000 əməkdaşının ixtisarını elan edib.
Lakin cənab Heyns “RIM” şirkətinin sonunun yaxınlaşması haqqında danışmağın hələ ki tez olduğu fikrindədir. Onun sözlərinə görə, hazırda şirkət istifadəçilərin kommunikasiya vasitələri barədə təsəvvürlərini dəyişə biləcək yenidənqurma mərhələsinin başlanğıcındadır.
EMİL
07/08/12 Çap et