Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Mozilla BrowserID” şifrələri lazımsız edir
“Mozilla” cəmiyyəti onlayn resurslara giriş üçün istifadəçilərin müəyyənləşdirilməsinin yeni sistemini hazırlayır. Bildirilib ki, “BrowserID” aləti bu və ya digər sayta daxil olduqda şifrələri yadda saxlamaq və hər dəfə onları daxil etmək ehtiyacından qurtaracaq. Bundan başqa, şəbəkə resurslarında qeydiyyat vaxtı elektron poçtla gələn yoxlama bağlantısına sıxmağa ehtiyac olmayacaq.
Sistem aşağıdakı qaydada işləyir: əvvəlcə istifadəçi öz elektron poçt ünvanının yoxlama prosedurunu bir dəfə keçməsi lazımdır. Yoxlamadan sonra bu ünvanı mausun bir çıqqıltısıyla saytlara giriş üçün tətbiq etmək mümkün olacaq. “BrowserID” konkret poçt ünvanının konkret istifadəçiyə aid olduğunu yoxlamaq üçün açıq açarla (Verified Email Protocol) kriptoqrafiyaya əsaslanır. Sistem “Firefox”a bağlanmayıb, o, həmçinin “İnternet Explorer”, “Chrome” və “Safari” səyyahları ilə də işləyir.
15/07/11 Çap et