“İntel” sensor texnologiyası həllərinə sərmayə yatırıb
“İntel Capital” fondu sensor texnologiyalar sahəsi üzrə hazırlamalarla məşğul olan Fransanın “Movea” şirkətinə 7.9 milyon dollar həcmində sərmayə yatırıb.
"Biz mikro-elektromexanika texnologiyalarının inkişaf etdirilməsində maraqlıyıq və onların kompyuter, xüsusilə mobil qurğuların inkişafındakı rolunun yalnız artacağına inanırıq" – “İntel Capital”-ın investisiya direktoru Erik Yorqensen bildirib.
“ICTnews.az” elektron xəbər xidməti “
http://it-news-world.ru/” saytına istinadən bildirir ki, “İntel” şirkətinin bu cür hazırlamaları inkişaf etdirməkdə əsas məqsədi kompyuterləri idarə etmək üçün yeni mexanizmlərin yaradılmasıdır.
EMİL