Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Rusiyanın 2 peyki kosmik tullantıya çevrilib
Rusiyada "Ekspress" və "Telkom" peyklərinin buraxılışı uğursuzluqla nəticələnib. “ICTnews.az” elektron xəbər xidmətinin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ştatdankənar buraxılış nəticəsində həmin peyklərin idarəedilməz olduğu və orbitdə olan kosmik aparatlar üçün təhlükə törədə biləcəyi bildirilir.
Bundan başqa, yayılan xəbərlərə görə, "Ekspress" və "Telkom" peyklərinin uçuş orbitinin korreksiyası qeyri-mümkün olduğundan, onların kosmik tullantıya çevrildiyi ehtimal edilir. Peyklərin Beynəlxalq Kosmik Stansiya ilə toqquşması riskinin də olduğu qeyd edilir.
SEYMUR
07/08/12 Çap et