Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Mobil telefonlar insan sağlamlığı üçün təhlükəlidir
Bunu Ümumdünya Səhiyyə Təşkilatı Xərçəng Xəstəliklərinin Tədqiqi üzrə Beynəlxalq Agentliyinin mobil telefon şüalarının insan sağlamlığına təsirilə bağlı apardığı tədqiqatların nəticələri göstərib. “Computerworld” jurnalının məlumatına görə, alimlər şüalanma hallarını beyində bəzi növ şiş xəstəliklərinin inkişaf riskinin artmasında potensial kanserogen kimi təsnif ediblər.
Statistik məlumatlara görə, bu gün dünyada 5 milyard insan mobil telefondan istifadə edir. Həkimlər sağlamlıq üçün zərərli olan şüalardan qismən də olsa qorunmaq üçün təhlükəsizlik tədbirlərinə riayət etməyi məsləhət görürlər: daha çox qarniturlardan istifadə edilməli, uşaqların mobil telefondan istifadəsinə isə ciddi məhdudiyyətlər qoyulmalıdır.
16/07/11 Çap et