Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda yeni onlayn mağaza açılıb


Azərbaycanda yeni onlayn geyim mağazası fəaliyyətə başlayıb. Yeni mağaza – “zidora.az” 40.000-dan artıq çeşiddə geyim, ayaqqabı və aksessuar təqdim edir. Onlayn mağaza “Tengelmann Group”, “Holtzbrinck Ventures” və “Rocket İnternet” kimi dünya internet nəhənglərinin dəstəyi ilə fəaliyyət göstərir.

Dünyanın 150-yə yaxın ölkəsində internet vasitəsilə alış-veriş təcrübəsini tətbiq edən “Rocket İnternet” bu təcrübəni Azərbaycanda da yaymaq niyyətindədir. Türkiyə, Almaniya, Yaponiya, Avstraliya, Malayziya kimi ölkələrdə milyonlarla insan “Rocket İnternet”in uğurla fəaliyyət göstərən onlayn mağazalarının alıcılarıdır. “http://www.zidora.az/” evindən və ya işindən ayrılmadan özünə lazım olan geyim əşyasını əldə etmək istəyənlər üçün xüsusilə əlverişlidir. Artıq Avropa və Amerikada yüksək templə yaşayan insanların rahatlığını təmin edən onlayn şoppinq Azərbaycanda da tələbata çevrilib.

Yeni saytda təqdim olunan məmulatlardakı geniş çeşid mağazaları dolaşmadan, rahat alış-veriş etmək imkanı verir. Digər tərəfdən, bu saytda təqdim olunan brend və geyim çeşidlərinin heç də hamısına mağazalarda rast gəlmək mümkün deyil. “http://www.zidora.az/”-da Avropanın və Türkiyənin 70-dən artıq brendinin geyim və aksessuarları təqdim olunur.


RƏVAN





08/08/12    Çap et