Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«Facebook» 13 yaşdan aşağı olan şəxsləri də qeydiyyata alacaq


Dünyanın ən məşhur sosial şəbəkələrindən biri olan «Facebook» «+13» qadağasını aradan qaldırıb. "ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bundan sonra «Facebook» qeydiyyatdan keçənlər üçün minimum 13 yaş qadağasını tətbiq etməyəcək.

Doğrudur, ekspertlər hesab edirlər ki, azyaşlı uşaqların sosial şəbəkələrdən istifadəsi müsbət nəticə vermir.  Lakin adıçəkilən sosial şəbəkənin rəhbərliyi isə bu qadağanın gərəksiz olduğunu bildirib. Onların qənaətincə, azyaşlılar yaşlarını böyük göstərməklə qeydiyyatdan keçirlər və bu maneə də effektsiz qalır.







SEYMUR





08/08/12    Çap et