Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“SAZZ” abunəçiləri problemlə üzləşib
“SAZZ” şirkəti “WiMAX” sertifikasiyasını yeniləyib. Lakin bu proses zamanı bəzi abunəçilər problemlə üzləşib. Şirkətdən verilən məlumata görə, bu zaman “4G” abunəçilərinin login və parolu silinib. Bu hal xüsusilə “İX 320P” modem işlədən müştərilərdə baş verib.
“SAZZ 4G” müştəri xidmətlərinin yaydığı məlumata əsasən, problemi özü aradan qaldıra bilməyənlər ya “191”-ə zəng edərək bu barədə xəbərdarlıq etsinlər, ya da login və nömrələrini şirkətin “Facebook” səhifəsinə yazsınlar. Şirkət yaranan narahatçılığa görə abunəçilərindən üzr istəyib.
RƏVAN
08/08/12 Çap et