Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İmmunoprofilaktika üzrə məlumat təqdim edilməsi tam avtomatlaşdırılıb


İmmunoprofilaktika üzrə məlumat təqdim edilməsi tam avtomatlaşdırılıb və "Elektron Hökumət" Dövlət İnformasiya Sisteminə inteqrasiya edilib. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, sözügedən elektron xidmət immunlaşdırma təqvimi haqqında vətəndaşlara məlumatın çatdırılmasını əhatə edir. İnformativ növlü elektron xidmət ödənişsizdir və göstərilməsi üçün heç bir sənəd tələb olunmur.

Xidmət istifadəçilər üçün daim açıqdır və istifadəsində hər hansı qaydada məhdudiyyət yoxdur.Qeyd edək ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən göstərilən e-xidmətin digər icraçısı Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzidir.
 






CAHANGİR





08/08/12    Çap et