Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropanın smartfon bazarının 50 faizinə hansı şirkət nəzarət edir?


Son tədqiqat məlumatlarına əsasən, “Samsung” şirkəti Avropanın  smartfon bazarının təxminən 50 faizinə nəzarət edir. Satılmış smartfonların 45 faizi Koreya istehsalı olan qurğuların payına düşüb. “Samsung” şirkətinin sayəsində regionda “Android” platforması ilə işləyən aparatların payı əhəmiyyətli dərəcədə artıb.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, mütəxəssislərin sözlərinə görə, Koreya korporasiyası tədricən digər “Android” smartfon istehsalçılarını sıxışdırır. Avropada “HTC”, “LG”, “Sony”, “Huawei” və “ZTE” şirkətlərinin satış həcmi azalıb."Ağıllı telefon" bazarında ikinci böyük “oyunçu” olan “Apple” şirkəti regionda mövqeyini tədricən itirir.





 
EMİL





08/08/12    Çap et