Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İlin sonuna kimi “Asus” 4,5 milyon planşet satmaq niyyətindədir


“DigiTimes” resursu “Android 3.0” əsasında olan “Asus Eee Pad Transformer” planşetlərinə yüksək tələbatı qeyd edir. Modelin aylıq tədarükü 400 min nüsxəyə çatıb və bu göstəricinin artacağı gözlənilir. Bundan başqa, tezliklə Tayvan istehsalçısı bazara daha 2 model – “Eee Pad Slider” və “Eee Pad MeMO” çıxaracaq.
“Asus” şirkəti 2011-ci ilin ikinci yarısında 4 - 4,5 milyon planşet satmağı planlaşdırır. Mart ayında Tayvan korporasiyasının əsas icraçı direktoru Cerri Şen, həmçinin xüsusi eynəksiz irihəcmli təsviri göstərə bilən 7 diaqonallı ekranla olan planşetin istehsalı ilə bağlı planlarını bildirib.




www.onliner.by




16/07/11    Çap et