Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Regionlarda da multimedia taksofonları qurulması planlaşdırılır


“Aztelekom” İB regionlarda  multimedia taksofonları qurmaq niyyətindədir. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə birlikdən verilən məlumatda bildirilir. Məlumatda qeyd edilir ki, birlik bununla bağlı müəyyən hesablamalar aparıb və təqribi taksofonların qurulacağı əraziləri müəyyənləşdirib.

Bakıda qurulan müasir multimedia taksofonları  bənzər olan universal tipli multimedia taksofonları həm kartla, həm də qəpiklə işləyəcək. Birlikdən verilən məlumata görə, hazırda bölgələrdə 128 taksofon fəaliyyət göstərir. Bunların 66 ədədi qəpiklə işləyir, 62 ədəd isə universal tipli taksofonlardır.







RƏVAN 





09/08/12    Çap et