Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Fransanın bir neçə şəhərində ilin sonunadək dördüncü nəsil mobil rabitə şəbəkəsi istifadəyə veriləcək
2012-ci ilin sonunadək Fransanın Marsel, Lion və Nant şəhərlərində dördüncü nəsil mobil rabitəsi (4G) istifadəyə veriləcək. Bu meqapolislərdə mobil siqnalın ötürülməsi üçün lazımi avadanlığın quraşdırılması ilə Fransanın ən böyük mobil operatorlarından biri olan "Oranj" şirkəti məşğul olacaq.
“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, ötən ilin oktyabrında məlumatları saniyədə 100 Mbitdən yuxarı sürətlə ötürməyə imkan verən dördüncü nəsil mobil rabitəsi Fransanın qərbində yerləşən Brest şəhərində sınaq rejimində istifadəyə verilib. "İmajinLab" adlı bu layihəyə Fransa hökuməti nəzarət edirdi və onun inkişafına 3 milyon avro ayrılmışdı.
Lakin “4G” şəbəkəsinin ticari yoxlaması ilk dəfə iyulun əvvəlində ölkənin cənubunda yerləşən Marsel şəhərində baş tutub. Təxminən 2 min insan, həmçinin yerli "Olimpik" futbol klubunun direktor və məşqçiləri birinci olaraq “4G” şəbəkəsinə qoşulmuş mobil telefonlara sahibləniblər. "Marsel şəhərində quraşdırılmış 200 antenadan 150-si artıq müasirləşdirilib.
"Oranj" şirkəti növbəti ilin yayınadək dördüncü nəsil rabitəsini Fransanın daha 12 şəhərində quraşdırmaq niyyətindədir. Operatorun hesablamalarına görə, 2014-cü ilin ortalarında Fransa əhalisinin yarıdan çoxu yeni telekommunikasiya xidmətinə çıxış əldə etməlidir.
“Oranj” şirkətinin baş direktoru Stefan Rişarın sözlərinə görə, "dördüncü nəsil mobil rabitəsi - simsiz telekommunikasiya sistemlərinin inkişafında yeni mərhələdir. Ötən 5 il ərzində mobil məlumatların ötürülməsi həcmi 68 dəfə artıb. Mobil rabitə vasitəsilə informasiya mübadiləsi texnologiyasını dəyişdirmək vaxtı yetişib" - o izah edib.
EMİL
09/08/12 Çap et