Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İçərişəhəri «Virtual tur» vasitəsi ilə ziyarət edənlərin sayı artıb


İçərişəhər Dövlət Tarix-Qoruğu İdarəsinin rəsmi internet səhifəsinə (http://www.icherisheher.gov.az/) «Virtual tur» yerləşdirildikdən sonra sayta daxil olan ziyarətçilərin sayı artıb. Bu barədə “ICTnews.az” elektron xəbər xidmətinə idarənin rəsmisi Arzu Tairquliyeva məlumat verib.

Onun sözlərinə görə, sözügedən sayta həm ölkə ərazisindən, həm də ölkə hüdudlarından kənardan daxil olanlar artmaqdadır. Dəqiq rəqəm söyləməyin çətin olduğunu vurğulayan A.Tairquliyeva saytda gündəlik xəbərlərin yerləşdirildiyini də bildirib.









SEYMUR





09/08/12    Çap et