Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ-da satılan bütün kompyuterlərin 10%-i “Apple” istehsalıdır


“Gartner” və “İDC” tədqiqat şirkətlərinin yeni məlumatları ABŞ-da stolüstü kompyuter və noutbuk bazarında “Apple” şirkətinin payının tədricən artdığını göstərir. Bu il “Apple” şirkəti 20 il ərzində ilk dəfə olaraq 10%-lik sərhədi aşıb. “İDC”-nin məlumatına görə, bu ilin ikinci rübündə “Apple” şirkətinin payı 10,7 faiz təşkil edib, halbuki keçən il onun payı yalnız 9% olub. Hal-hazırda “Apple” şirkəti şəxsi brend ilə kompyuterləri istehsal edən ən böyük Amerika şirkətlərinin üçlüyünə daxil olub. 1-ci və 2-ci yerlərdə isə “HP” (26.3%) və “Dell” (22.2%) şirkətləridir.


www.ibusiness.ru




16/07/11    Çap et