Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dövlət Sərhəd Xidməti “Elektron hökumət” portalına qoşuldu
Məlum olduğu kimi, ölkəmizdə “elektron hökumət”in qurulması və informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər sürətlə davam edir.
Görülən genişmiqyaslı işlərin nəticəsidir ki, “Elektron hökumət” Dövlət İnformasiya Sisteminə (EHDİS) qoşulan dövlət orqanlarının sayı artmaqdadır. “Elektron hökumət” portalına növbəti qoşulan dövlət orqanı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətidir. Belə ki, artıq Xidmət tərəfindən təqdim olunan elektron xidmətlər portala inteqrasiya edilib.
“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu, Dövlət Sərhəd Xidmətinə hərbi xidmətə (işə) və Akademiyasına qəbul üçün elektron anket və məktub yazmaq xidmətlərini əhatə edir. Hazırda Xidmətə və Akademiyaya qəbul üçün tələb olunan anketi və müxtəlif məsələlərlə əlaqədar müraciəti elektron qaydada həyata keçirmək mümkündür.
CAHANGİR
09/08/12 Çap et