Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

QKDK-da 52 xidmət növü elektron formada həyata keçirilməkdədir


2012-ci ilin ilk yarımilliyi ərzində qiymətli kağızlar bazarının infrastrukturunun təkmilləşdirilməsi və xidmətlərin effektivliyinin artırılması üzrə də bir sıra tədbirlər həyata keçirilmişdir.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanın icrasını təmin etmək məqsədilə QKDK-nın internet səhifəsində elektron xidmətlər bölməsi istifadəyə verilmişdir. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən (QKDK) məlumat verilib.

Komitədən bildirilib ki, həmçinin, QKDK tərəfindən göstərilən elektron xidmətlərin sayının artırılması və təkmilləşdirilməsi məqsədilə “Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 2012-2013-cü illər üzrə elektron xidmətlərin göstərilməsinə dair Tədbirlər Planı” təsdiq olunmuş və fiziki və hüquqi şəxslərə göstərilən xidmətlərin elektron formada həyata keçirilməsini təmin etmək məqsədilə inzibati reqlamentlər hazırlanmışdır. Hal-hazırda QKDK-da 52 xidmət növü elektron formada həyata keçirilməkdədir.
 
HƏQİQƏT





09/08/12    Çap et