Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dövlətlər informasiya təhlükəsizliyi ilə bağlı fəaliyyətlərini genişləndirib
Çox zaman dövlətlər arasında baş verən münaqişələrin həllində hərbi silahlardan deyil, tamam fərqli üsullardan istifadə edilir. Bunlara maliyyə axınının kəsilməsi, siyasi təcrid, ticarət əlaqələrinin pozulması, strateji vacib ehtiyatların (neft, kömür, qaz) eksportuna qadağaların qoyulması və s. aiddir. Bu üsullardan ən təhlükəlisi isə qarşı tərəfə informasiya təsiridir.
“ICTnews” elektron xəbər xidmətinə bu barədə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri İradə Ələkbərova məlumat verib. Onun sözlərinə görə, bu gün informasiya təsiri ilə əlaqədar dövlətlərin informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində rolu xeyli artıb.
Dövlətin informasiya təhlükəsizliyi dedikdə, vətəndaşın, cəmiyyətin və dövlətin balanslaşdırılmış milli maraqlarının qorunması nəzərdə tutulur: “İnformasiya müharibəsi təhlükəsinin get-gedə artması şəraitində kompyuter şəbəkələri informasiya hücumlarına tab gətirmək imkanına malik olmalıdır.
Yəni həm şəbəkələr, həm də bu şəbəkələrlə əlaqədar fəaliyyət göstərən informasiya sistemləri qarşı tərəfin informasiya təsirinə adekvat reaksiya göstərərək, qarşı tərəf üzərində üstünlük əldə etmək məqsədi ilə informasiya münaqişəsinin digər spesifik məsələlərini həll etmək qabiliyyətinə malik olmalıdırlar”.
HƏQİQƏT
09/08/12 Çap et