Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Twitter”in interfeysi daha 3 dilə tərcümə edilib


“Twitter”in tərtibatçıları istifadəçilərlə birlikdə mikrobloqlar xidmətini müxtəlif dillərə tərcümə etməyə davam edirlər. Belə ki, saytın interfeysi artıq daha 3 dili (çex, bask və yunan) dəstəkləyir.

“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, son zamanlar “Twitter”də yeni dillərin dəstəklənməsi tempi nəzərəçarpacaq dərəcədə artıb. Məlumat üçün bildirək ki, yalnız iyulda populyar mikrobloqlar xidməti katalon və Ukrayna dillərinə tərcümə edilmişdi. “Twitter” hazırda dünyanın 33 dilində əlçatandır.








EMİL





09/08/12    Çap et