Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Lenovo” “Windows 8” ilə işləyən planşet təqdim edib
“Lenovo” şirkəti “İntel Atom” prosessorunun bazası əsasında hazırlanan “ThinkPad Tablet 2” planşet kompyuterini rəsmən təqdim edib. Yeni qurğu əvvəlki nəsillərindən fərqli olaraq “Android” əməliyyat sisteminin deyil, “Windows 8” əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək. Aparatın satışa cari ilin oktyabrında çıxarılacağı bildirilsə də, onun qiyməti barədə məlumat verilmir.
“ICTnews.az” elektron xəbər xidməti “mincom.gov.az” saytına istinadən bildirir ki, “ThinkPad Tablet 2” planşetinin sensor IPS-ekranı 10,1 düym diaqonala və 1366×768 meqapiksel təsvir ölçüsünə malikdir, eləcə də 8 meqapikselli əsas və 2 meqapikselli ön kamera, USB çıxış, microSD yaddaş kartları üçün slot, “Wi-Fi”, “Bluetooth” və “NFC” dəstəyi ilə təchiz olunub.
Bundan başqa, aparat dəstinə qurğunun korpusunda saxlanılan qələm də daxildir. İstehsalçının sözlərinə görə, planşetin avtonom rejimli iş vaxtı 10 saatadək təşkil edəcək. Son məlumatlara görə, qurğunun qalınlığı 9,8 mm, çəkisi 585 qrama yaxın olacaq.
Opsiya qismində gələcək alıcılara 3 USB port, HDMI və şəbəkə çıxışlarına, eləcə də “3G” və LTE moduluna malik klaviatura və dok-stansiya təklif olunacaq.
09/08/12 Çap et