Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dünyada genişzolaqlı internetə giriş sürəti 25 faiz artıb
2012-ci ilin birinci rübünün nəticəsinə görə dünyada genişzolaqlı internetə girişin orta sürəti 2,6 Mbit/s təşkil edib. Bu göstərici 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 25 faiz çoxdur.
"ICTnews.az" elektron xəbər xidməti "digit.ru" saytına istinadən bildirir ki, Cənubi Koreyada şəbəkəyə girişin orta sürəti 15,7 Mbit/s təşkil edir. Yaponiya və Honkonq bu göstərici üzrə müvafiq olaraq ikinci və üçüncü yerdə qərarlaşıblar.
"Akamai"-nin statistikasına görə, şirkətin reytinqinə daxil edilmiş ölkələrin 10 faizində şəbəkəyə giriş sürəti 10 Mbit/s və daha yuxarıdır. Bütövlükdə, son il ərzində 125 ölkədə internetə girişin orta sürəti artıb və yalnız 10 ölkədə azalıb.
EMİL
10/08/12 Çap et