Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
DGK elektron xidmətlər üzrə xarici iqtisadi fəaliyyət iştirakçılarının qeydiyyatına başlayıb
Dövlət Gömrük Komitəsi (DGK) elektron xidmətlər üzrə xarici iqtisadi fəaliyyət (XİF) iştirakçılarının qeydiyyatına başlayıb. Qeydiyyat üçün komitənin rəsmi saytında yaradılmış xüsusi bölmədə XİF iştirakçılarının istifadəçi adı, istifadəçi şifrəsi və VÖEN və ya GÖÖEN daxil edilməlidir.
“ICTnews” elektron xəbər xidmətinə bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib. Komitənin mətbuat xidmətindən bildirilib ki, gömrük ödənişlərinin ödəyicisinin eyniləşdirmə nömrəsi (GÖÖEN) vergi ödəyicisi olmayan fiziki şəxslərə verilir və həmin şəxslərin xarici dövlətlərdən gətirdiyi və ya xarici dövlətlərə apardığı malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi zamanı VÖEN-i əvəz edir: “Şirkətlər gömrük əməliyyatları aparmaq üçün hökmən VÖEN-ə malik olmalıdırlar və bu səbəbdən onlara statistik kod verilmir.
PİN – Azərbaycan Respublikasının vətəndaşların birmənalı eyniləşdirilməsi məqsədi ilə, Azərbaycan Respublikasında dövriyyədə olan bütün şəxsiyyət vəsiqələrində və pasportlarda istifadə olunan unikal açardır. Hər Azərbaycan vətəndaşının öz unikal PİN kodu var. Qeyd edək ki, XİF iştirakçılarının qeydiyyatını asanlaşdırmaq məqsədi ilə saytda yerləşdirilmiş müvafiq şəkildə şəxsiyyət vəsiqəsində və pasportda PİN-in yerləşdiyi yer qırmızı rəng ilə işarələnib”.
HƏQİQƏT
10/08/12 Çap et