Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Amerikalı yeniyetmə 4 gün ardıcıl oyun oynadı, xəstəxanalıq oldu
ABŞ-ın Ohayo ştatının sakini 15 yaşlı yeniyetmə Tayler Riqbi “Modern Warfare 3” oyununu 4 gün ardıcıl olaraq oynadıqdan sonra onu xəstəxanaya yerləşdirmək lazım gəlib. Həkimlər ona susuzlaşdırma və yorğunluq diaqnozu qoyublar.
“ICTnews.az” elektron xəbər xidməti bildirir ki, Taylerin xalası qeyd edib ki, yeniyetmə oyun arxasında uzun müddət vaxt keçirdikdən sonra özündə deyildi. O, bir anda döşəməyə yıxıldı və qalxa bilmədi. Xoşbəxtlikdən hər şey yaxşı qurtarıb. Həkimlər Taylerin sağalacağını bildiriblər, lakin yeniyetmənin anası artıq oyun konsolunu götürərək gizlədəcəyinə söz verib.
EMİL
10/08/12 Çap et