Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Chrome” brauzerinin təhlükəsizliyini gücləndiriblər
Chrome" brauzeri üçün "Flash Player" plaqini artıq "qumqabı"nın (sandbox) daxilində icra olunacaq. "Qumqabı" sistem proseslərini təcrid edən və ziyanverici kodun yayılmasını çətinləşdirən təhlükəsiz mühitdir. Bundan sonra brauzerin "Windows XP" əməliyyat sistemi (ƏS) üçün 21-ci versiyasında belə müdafiə mövcud olacaq.
"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, artıq "Flash" elementlərdən ibarət saytlara baxmaq daha təhlükəsiz olacaq. "Flash artıq "sandbox"-un daxilində icra olunur və "Chrome" digər brauzerlərlə müqayisədə daha etibarlı oldu" – "Chromium" layihəsinin bloqunda "Google" şirkətinin təhlükəsizlik sahəsi üzrə mütəxəssisi Castin Şux bildirib.
Qeyd edək ki, "Chrome" "Flash Player" plaqinini "qumqabı"da icra edən birinci brauzer olub. "Chrome 21" brauzeri çıxarılana qədər təhlükəsiz mühit daxilində icra olunan "Adobe" plaqini yalnız "Vista" və ya "Windows 7" ƏS-i ilə işləyən kompyuterlər üçün əlçatan idi. Şuxun sözlərinə görə, 100 milyondan çox "Windows XP" istifadəçisi "Chrome" brauzerinə üstünlük verir.Həmçinin bildirək ki, "Google" artıq "Chrome" brauzerinin "Windows 8" ƏS-i üçün versiyasını hazırlayır.
EMİL
10/08/12 Çap et