Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda lotereyaların təşkilinə dair müraciətlərin elektron formada qəbuluna başlanılıb


Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) internet səhifəsində lotereyaların təşkili və keçirilməsinə dair müraciətlərin elektron formada qəbulu və cavablandırılması mexanizmləri təşkil edilib.
 "İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə komitənin 2012-ci ilin ilk yarımilliyi üzrə Fəaliyyət Hesabatında qeyd olunur.

Bu xidmət "Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 2012-2013-cü illər üzrə elektron xidmətlərin göstərilməsinə dair Tədbirlər Planı"na uyğun olaraq həyata keçirilib.







CAHANGİR





10/08/12    Çap et