Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Opera Software” şirkəti ABŞ-da yeni ofis açıb


Norveçin "Opera Software" şirkəti ABŞ ərazisində fəaliyyətini genişləndirməsi haqqında elan edib və Silikon vadisində yeni ofis açıb. Şirkətin nümayəndələri bildiriblər ki, "Opera"-nın yeni ofisi San-Mateoda (Kaliforniya) fəaliyyət göstərəcək.

Şirkətin Amerikadakı fəaliyyətinə oradan nəzarət ediləcək. Şirkətin Amerikada yerləşən ofisi birinci mərhələdə onun Amerika bazarındakı mövqeyini yaxşılaşdırmalı və "Opera" ticarət markasının populyarlığını ABŞ-dakı istifadəçilər arasında qaldırmalı olacaq.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, yeni ofisdə təxminən 100 insan işləyəcək, normal iş qrafiki təxminən ilin sonunadək tətbiq ediləcək.

EMİL




10/08/12    Çap et