Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Apple” yeni nəsil mobil prosessorları istifadəyə verəcək
“Apple” şirkəti “A6” yeni nəsil mobil mikroprosessorlarının istehsalına başlayıb. Onların istehsalı Tayvan şirkəti – “Taiwan Semiconductor Manufacturing Company” (TSMC) zavodlarında reallaşdırılır. Anonim mənbələrə istinadən “Reuters” bildirir ki, TSMC “Apple” üçün “A6” çiplərindən nümunə istehsal edəcək. Əgər buraxılış həcmləri və mikroprosessorların keyfiyyəti “Apple” şirkətini qane edəcəksə, Tayvan şirkəti böyük bir sifariş alacaq. TSMC bu informasiyanı şərh etməyib. “A6” çipinin xarakteristikaları bildirilmir. Onun mobil “Apple” xəttində ilk 4 nüvəli prosessor olacağı güman edilir. Onun əsasında olan qurğular, ehtimal ki, 2012-ci ildən sonra çıxacaq, “CNET News” bildirib.
“iPhone 4” smartfonu və “iPad 2” planşetində istifadə olunan “A4” və “A5” çiplərini “Apple” şirkəti üçün “Samsung” şirkəti hazırlayır. “Apple” şirkətinin “Samsung” ilə olan iddiasına görə, “A6” çiplərinin istehsalını digər şirkətə tapşırması istisna deyil.
16/07/11 Çap et