Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Nokia" şirkəti "Android" ilə ucuz telefonlarla rəqabət aparacaq


"Nokia" şirkətinin vitse-prezidenti Co Harlou korporasiyanın mobil seqmentdəki prioritet istiqamətləri barədə söhbət açıb. O, şirkətin ucuz "Asha" telefon xəttini inkişaf etdirəcəyini bildirib.

Co Harlounun sözlərinə görə, bu qurğular istifadəçilərin əksəriyyətini qane edir və digər qurğularla rəqabət apara bilərlər.

"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, "Nokia" şirkətinin vitse-prezidenti "Asha" telefonlarının ucuz "Android" smartfonlara yaxşı alternativ olacağını hesab edir. Bu barədə Co Harlou "Boy Genius Report" saytına verdiyi müsahibəsində bildirib.

EMİL




11/08/12    Çap et