Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"Facebook" istifadəçilərdən kömək istəyib
"Facebook" auditoriyasına loqin və istifadəçilərin şifrələrini "oğurlayan" fırıldaqçılarla mübarizədə kömək etmək xahişi ilə müraciət edib.
Dünyanın ən böyük sosial şəbəkəsi bunun üçün ayrıca elektron poçt yaradıb. Fişinq-hücumlar barədə məlumatı həmin poçta göndərmək olar. “ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, Mark Zukerberqin şirkəti fişinqi aradan qaldırmaq istəyir.
Fırıldaqçılar fişinq-hücum vasitəsilə istifadəçiləri aldadaraq onların loqin, şifrə, hətta maliyyə informasiyalarını ələ keçirirlər. Belə ki, kibercinayətkarlar istifadəçilərə "Facebook" administrasiyasının adından saxta məktublar göndərirlər. Artıq istifadəçilər fişinq hücumlar barədə “phish@fb.com” elektron poçtuna yaza bilərlər.
EMİL
11/08/12 Çap et