Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyanın ən iri qrafik prosessor istehsalçısının xalis mənfəəti artıb


"NVidia" şirkəti 2013 maliyyə ilinin ikinci rübü üzrə hesabatını dərc edib.

“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, dünyanın ən iri qrafik prosessor istehsalçılarından biri olan "NVidia" şirkəti 3 ay ərzində 1.04 milyard dollar qazanıb.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə artım təxminən 2 faiz təşkil edib. 2013 maliyyə ilinin birinci rübü ilə müqayisədə mədaxil 13 faiz artıb.

"NVidia" şirkəti rüb ərzində 119 milyon xalis mənfəət əldə edib. Şirkət keçən il 151,6 milyon dollar qazanmışdı.

EMİL




11/08/12    Çap et