Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Mobil telefon və aksesuarlar aşkarlanıb
Dubay-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşı Cəmaləddin Həsənov gömrük nəzarətindən “yaşıl” kanalla keçərkən hərəkətləri şübhə doğurduğu üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı tərəfindən saxlanılıb.
Adıçəkilən vətəndaşın çamadanına “Rapiscan-628” markalı “X-Ray” rentgen aparatı ilə baxış zamanı aparatın monitorunda mobil telefonlar və elektron cihazların təsvirləri görünüb. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Komitənin mətbuat xidmətindən bildirilib ki, həmin çamadana təkrar gömrük baxışı nəticəsində orada C.Həsənovun nə şifahi, nə yazılı, nə də elektron formada bəyan etdiyi - müxtəlif markalı 7 ədəd mobil telefon və 5 ədəd “Samsung” markalı “USB” kabeli ilə kompyuterə qoşulan diskli cihaz aşkar edilib. Həmin cihazın qutularına baxış zamanı isə orada da gizlədilmiş 1000 ədəd 1 GB, 1000 ədəd 2 GB və 200 ədəd 8 GB-lıq yaddaş tutumu olan mikro SD kartlar aşkar olunub.
HƏQİQƏT
11/08/12 Çap et