Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Bakcell” xarici ölkələrə səyahət edən abunəçilərini sevindirdi


"Bakcell" şirkəti xarici ölkələrə səyahət etməyi planlaşdıran abunəçilər üçün yeni kampaniya təqdim edir. Belə ki, avqustun 10-dan ölkə xaricinə çıxan hər bir abunəçi bütün istiqamətlərə dəqiqəsi yalnız 0.79 AZN-ə danışa biləcək.
GPRS-dən istifadəyə də şamil olunan bu unikal tarif yalnız sentyabr ayının 30-na kimi aktiv olacaq. Bundan əlavə, kampaniya çərçivəsində SMS-lərə də xüsusi qiymət təklif olunur. Belə ki, rouminqdə olarkən bütün istiqamətlərə bir SMS-in qiyməti yalnız 0.19 AZN olacaq.

Kampaniyaya qoşulmaq üçün *130#YES yığmaq lazımdır. Qoşulma haqqı "KLASS" və "GOLD" abunəçiləri üçün pulsuz, "CİN" abunəçiləri üçün isə 0.79 AZN təşkil edir. Kampaniyadan imtina etmək üçün *130#0#YES yığmaq lazımdır.

RƏVAN




13/08/12    Çap et