“Sanyo” şirkəti “Android” ilə işləyən “Mirai Sanzo” ev robotunu yaradıb
“Sanyo” şirkətindən yaponlar “Android” əməliyyat sistemi ilə işləyən xarici görünüşcə qəribə “Mirai Sanzo” robotunu istehsal ediblər. “TechCrunch”un məlumatına görə, hazırlama müxtəlif qurğuların bir şəbəkəyə birləşdirildiyi "ağıllı ev"də istifadə üçün nəzərdə tutulub.
“Mirai Sanzo” robotunun diametri 22 santimetr təşkil edir, o, sensor ekranla, “Wi-Fi” kontrolleri ilə təchiz edilib və 7 rəng vasitəsilə "emosiyanı" ifadə edə bilər. Robot səs əmrlərini tanıyır, məhz bunun sayəsində onu mobil telefon vasitəsilə uzaqdan idarə etmək olar.
Yenilik əmr üzrə kondisioneri idarə edə, polun isitməsini nizama sala, siqnalizasiyanı işə sala və söndürə, elektron poçt ilə işləyə bilər və s. “Mirai Sanzo” robotunun satışları bu gün başlanacaq.
www.onliner.by