Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Göygöldə tikilən Heydər Əliyev Mərkəzi ən müasir texnologiya ilə təchiz ediləcək


Göygöl rayonunda tikintisinə başlanılan Heydər Əliyev Mərkəzi ən müasir informasiya və multimedia avadanlıqları ilə təchiz ediləcək. Göygöl rayon icra hakimiyyətindən verilən məlumata görə, bunun üçün mədəniyyət və istirahət parkının ərazisi genişləndirilərək 5 hektara çatdırılıb və burada yenidənqurma işlərinə başlanılıb.

Üçmərtəbəli binanın artıq birinci mərtəbəsində inşaat işləri başa çatmaq üzrədir. Qarşısında ulu öndərin abidəsi ucaldılacaq mərkəzdə ümummilli liderin həyat və fəaliyyətini əks etdirəcək muzey, iclas zalı, dahi şəxsiyyətin irsinin təbliği ilə əlaqədar otaqlar nəzərdə tutulub.

Bu otaqlarda müasir kompyuter, internet, veb-tv və multimedia avadanlıqları tətbiq olunacaq. Bundan başqa binanın ətrafında yaradılacaq istirahət kompleksi də müasir texnologiyalarla təchiz olunacaq.

RƏVAN




13/08/12    Çap et