Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Gün ərzində BTRİB-in Təmir Bürosuna 1500-1600 sifariş daxil olur
Bütün telefon xidməti göstərən operatorlar telefon və internet xəttində olan problemlərin aradan qaldırılması sahəsində işlərini abunəçinin sifarişi əsasında qurur. Bu barədə "ICTnews" elektron xəbər xidmətinə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) baş direktor müavini Xankişi Kişiyev məlumat verib.
Onun sözlərinə görə, dünyada qəbul edilən standartlara əsasən texnoloji olaraq hər bir telefon stansiyasında bu məqsədlə sifarişlərin qəbulu üçün telefon stansiyası indeksindən sonra sonu 12-12 rəqəmli olan telefon nömrələri nəzərdə tutulur.
BTRİB bu sahədə işi daha da mütərəqqi və səmərəli üsullarla quraraq, sifarişlərin qəbulu mərkəzləşdirilmiş intellektual platforması əsasında (Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən ayrılmış üçrəqəmli "122" və "155" nömrələrini yığmaqla) Mərkəzi Təmir Bürosu (MTBX) təşkil edib.
Gündəlik şəbəkə üzrə MTBX-yə 1500-1600 sifariş daxil olur. Bu sifarişlərdən 70 faizdən çoxu insan - maşın dialoqu rejimində avtomatik olaraq kompyuter-server tərəfindən qəbul olunur və sifarişlərin icrasına insan faktoru olmadan kompyuter və proqram vasitəsi ilə nəzarət edilir.
RƏVAN
13/08/12 Çap et