Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ucuz və səmərəli günəş panellərinin hazırlanması üsulu təklif edilib
Kaliforniya Universitetində çalışan tədqiqatçılar qrupunun gəldiyi nəticəyə əsasən, günəş panellərinin istehsalı üçün istənilən yarımkeçirici tipindən istifadə etmək olar. Nəticədə daha ucuz və effektiv günəş panelləri hazırlamaq mümkün olacaq.
Bundan əlavə, belə panellərin təmiri və texniki xidməti, həmçinin daha ucuz və asan olmalıdır. "ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, indiyə qədər panellərin qiymətinin baha olması keçidləri sürətləndirən maddə-katalizatorların çox bahalı olması ilə bağlı idi. Bunun üçün, bir qayda olaraq müxtəlif qiymətli metallardan istifadə edilir.
Nəticədə, mütəxəssislərin qarşısında səmərəli, lakin bahalı və ya ucuz, lakin aşağı effektli panellər yaratmaq kimi dilemma dururdu. Lakin kaliforniyalı mütəxəssislər bildiriblər ki, ucuz materiallar əsasında da effektiv günəş panelləri yaratmaq olar.
Sirr materialların panelin daxilində həndəsi yerləşməsindədir. Mütəxəssislərin tədqiqat nəticəslərində qeyd edilib ki, günəş panelini nəzəri cəhətdən istənilən materialdan hazırlamaq olar.
Tədqiqatçılar özləri nümunə kimi effektiv panel hazırlayıblar. Katalizator kimi ucuz mis oksidindən istifadə olunub.
EMİL
13/08/12 Çap et