Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” ABŞ-da planşet satışlarına görə “Apple”-dan geri qalır


"Samsung Electronics" şirkəti ABŞ bazarında 1.4 milyon ədəd "Galaxy Tab" planşet kompyuteri satıb və bu, "Apple" şirkətinin ümumi satışlarının 4 faizini təşkil edir.

Müqayisə üçün bildirək ki, "Apple" şirkəti ABŞ bazarında indiyə qədər 34 milyon "iPad" planşet kompyuteri satıb.

ABŞ-dakı planşet biznesi 2010-cu ilin sonundan indiyə qədər "Samsung" şirkətinə təxminən 644 milyon dollar həcmində mənfəət qazandırıb. "Apple" şirkəti isə yalnız "iPad 2" planşet kompyuteri sayəsində 19 milyard dollar qazanıb.

EMİL




13/08/12    Çap et