Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elektron ödənişlərin həcmi artır


İndiyədək 20,9 milyon manatdan artıq vergi və rüsum dövlət büdcəsinə elektron qaydada ödənilib. Bu barədə Vergilər Nazirliyindən verilən məlumatda bildirilir.

Məlumatda qeyd edilir ki, vergi və rüsumların internet vasitəsilə ödənilməsi üçün elektron ödəniş sisteminin yaradılması layihəsi üzrə işlər başa çatdırılıb və 2012-ci ilin 12 aprel tarixindən etibarən istifadəyə verilib.

Həmçinin, vergi, rüsum, icarə haqqı və digər ödənişlərin bankdankənar qaydada dövlət qurumlarına birbaşa ödənilməsinin aradan qaldırılması və bütövlükdə nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə "POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları" və "Azərbaycan Respublikası ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları"nın layihələri hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.

Bu ilin 1 iyul tarixinə qədər qeydiyyatda olan POS-terminalların sayı 33.268 təşkil edib. 2012-ci ilin birinci yarısında 23.729 POS-terminal aparatına qeydiyyat nömrəsi verilib ki, bunlardan da 22.604-ü elektron qaydada qeydiyyata alınıb. 2012-ci ilin birinci yarısında elektron qaydada qeydiyyata alınmış POS-terminalların xüsusi çəkisi 95,3 faiz təşkil edib.

RƏVAN




13/08/12    Çap et