Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nazir: “Yaxın vaxtlarda “Bakcell” və “Azercell” mobil operatorlarına 3G lisenziyası verilə bilər”


Yaxın vaxtlarda Azərbaycanın “Bakcell” və “Azercell” mobil operatorlarına 3G xidmətləri üzrə lisenziya verilə bilər. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində bu gün keçirilən kollegiya iclasında nazir Əli Abbasov bildirib. Onun sözlərinə görə, artıq bununla bağlı bütün işlər yekunlaşıb, yalnız texniki məsələlər həll olunur: “Texniki problemlər həll olunduqdan sonra hər iki operatora bu xidmət üzrə lisenziya verilə bilər”.
Qeyd edək ki, hazırda Azərbaycanda yalnız “Azerfon” şirkəti 3G xidməti göstərir. 3G standartı Beynəlxalq Elektrorabitə İttifaqı tərəfindən hazırlanıb və İMT-2000 (International Mobile Telecommunications 2000) adını daşıyır. 3G-İnternet şəbəkəsi xidmətləri ilə yüksəksürətli mobil çıxışı, məlumatların ötürülməsi kanallarını yaradan radioəlaqə texnologiyalarını birləşdirən «üçüncü nəsil» xidmətlər toplusudur. 3G üçüncü nəsil şəbəkələri 2 GHz tezliyində işləyir və məlumatları 2 Mbit/s sürətilə göndərir. 3G şəbəkələri videotelefon əlaqələri təşkil etməyə, mobil telefonda filmlərə, teleproqramlara və s. baxmağa imkan yaradır.




16/07/11    Çap et